Protokol qavramı nədir?
Blokçeyn texnoloqiyasının müəyyən edilmiş protokollarına keçməzdən əvvəl, protokol qavramının nə olduğundan bəhs edək.
Protokollar məlumatların kompüterlər arasında bölüşdürülməsinə imkan verən əsas qaydalar toplusudur. Kriptovalyutalar kontekstində protokollar rəqəmsal pulların internet üzərindən təhlükəsiz mübadiləsinə imkan verən paylanmış verilənlər bazaları olan blokçeynlərin strukturunu təşkil edir.
Yəni A-dan çıxan bir məlumat, B-yə çatması üçün Blokçeyn üzərindəki bloklara ötürülüb və o bloklardan məlumat alış-verişinə imkan yaradan bir yolu xəyal edin.
Bildiyimiz internet protokollardan bəzi nümunələr TCP/IP, HTTPS, DNS, FTP və SSH-dır və hər bir protokolun öz vəzifəsi var.
Blokçeyndə internet üzərindən bir-birinə birləşmiş çoxlu cihazlar toplusudur. Bu cihazlar NODE termini ilə ifadə edilən kompüterlərdir. İstifadəçilər blokçeynə aid məlumatları şifrəli alqoritmalarla qorunan bloklarda saxlayır. Bloklar dediyimiz termin ise Blokçeyn texnologiyasını ifadə edir. Bloklar məlumatları öz aralarında bir-birinə ötürən P2P (Peer-to-Peer) protokolu adı verilən mexanizma ilə işləyir.
Qısacası protocol dediyimiz qavram cihazlar arasındakı əlaqələri təşkil edir. Amma müəyyən edilmiş protokolların hər birinin adı və vəzifəsi var. Gələn dəfə o protokollar nədir kimlər tərəfindən və hansı məqsədə görə yaradılıb onlardan bəhs edəcəyik.
Burada təqdim olunan bütün şəkillər Kripto Azərbaycan-a aiddir.