ERC20 və TRC20 protokolları arasındaki fərq.

Kriptaz Blockchain

--

ERC20 Ethereum üzərində ağıllı müqavilələrə icazə verən bir blokzincir protokoludur. Ethereum özü isə kripto valyuta və bir alternativ blokzincir infrastruktur texnologiyasıdır.

ERC20 protokolu ilə işləyən kripto valyutalar GAZ FEE termini ilə ifadə edilən faiz dərəcəsi yüksək olduğundan buna alternativ olaraq daha az faiz ödəyən əməliyyatlar etməsi üçün protokollar quruldu. Bunlardan biri isə TRC20 protokoludur.

TRC20 protokolu, TRON blokzincir üzərində işləyən bir protokoldur, bu protocol ERC20-ə nisbətən daha az GAZ FEE yəni faiz tutur.

Ethereum transferləri reallaşdırmaq üçün ERC20 protokoluna ehtiyac duyur.

USDT stabil koini isə ERC20TRC20 protokolları üzərindən əməliyyatlara icazə verir. O haldaki, Birjalar o əməliyyatlar üçün bu protokolları dəsdəkləsin. Bir birjadan başqa birjaya USDT transferi ediləcəksə, göndərmək istədiyiniz birjanın Depozit adresinin protokoluna diqqət yetirmək lazımdır. Əgər birja ERC20 protokolu ilə valyutanı qəbul edirsə, çekim edəcəyiniz birjanında ERC20 protokolu ilə eyni olmalıdır. Normalda TRC20 protokolu bir birjanın daxilində daha çox əməliyyatlar etməyə icazə verir.

Məsələn: Binance birjasından Gate.io birjasına TRC20 protokolu üzərindən çox az koinin transferinə icazə verir. Bütün hallarda isə ERC20 protokolu ilə transferlərə icazə var ona görəki bu protokol ümumiyyətlə universaldır. İstədiyiniz platformadan başqa platformaya ERC20 protokolu ilə əməliyyatları rahat formada edə bilərsiniz.

Əlavə olaraq diqqətinizə çatdıraqki, koin və token fərqli anlayışlardır. Yəni Koinlər öz ekosistelərinə malikdir amma tokenlər isə var olan koinlərin ekosistemləri üzərində layihələşdirilir.

Məsələn: Ethereum, Solana, Cardano, Plygon kimi koinlər bir ekosistemə sahibdir və Token, DeFİ kimi layihələr isə bu ekosistemlər üzərində qurulur.

Diqqət: Köçürmələr edərkən hər valyutanın ERC20, TRC20, BEP20, BEP2, Solana və ya ARBİTRUM kimi protokollara diqqət edin.

Burada təqdim olunan bütün şəkillər Kripto Azərbaycan-a aiddir.

--

--

Kriptaz Blockchain
Kriptaz Blockchain

Written by Kriptaz Blockchain

The main purpose of Kriptaz Blockchain is to solve problems such as security, speed, and energy consumption and to develop more comfortable decentralized APPs.

No responses yet